Qazayağı qovurması
Yazın əvvəllərində çıxan bitki növüdür. Güman ki, bu bitkinin yarpaqları qazın ayağına oxşadığına görə belə adlandırılmışdır. Adətən şumda bitir. Yığılır, yuyulur, qaynadılır. Suyunu süzüb sıxırlar. Qovurma və ya yağla bolluca soğan qovurur qazayağını əlavə edib duz, istiot əlavə edirlər. Başqa bir qabda 2-3 yumurtanı çoxluca çalıb qazayağının üstünə vururlar. Bu “xörək adı” daha çox Naxçıvan dialektlərində işlədilir və istifadə edilir. Dilimizdə “qovurma” komponentli xörək adları xeyli saydadır: bozqovurma, qaraqovurma, şirinqovurma, turşqovurma, narqovurma, səbziqovurma, qiyməqovurma, qovurmalı aş, qovurmabozbaş və s.